Elan Konsertlər Planet Parni iz Baku “Televiziyaya giriş sərbəstdir”
Planet Parni iz Baku “Televiziyaya giriş sərbəstdir”

Planet Parni iz Baku KVN teatrının yeni “Televiziyaya giriş sərbəstdir” solo konsertindən tamaşaçılarımız nə gözləyir? Hər zaman olduğu kimi teatrımız tamaşaçı zövqünün müxtəlifliyini nəzərə alır. Tanınmış siyasətçilərə və məşhur şou-biznes nümayəndələrinə parodiyalar, gündəmdə olan sosial mövzulara aid nömrələr, gündəlik həyatımıza aid səhnəciklər, ətrafımızda baş verən  hadisələrə yumor prizmasından epotaj yanaşma, cəmiyyətimizin nöqsanlarının əsaslı tənqidi və bir çox digər səhnələr. Tamaşaçılarımız yeni “Televiziyaya giriş sərbəstdir” konsertinin orijinal və gülməli olmasında həmrəydirlər! Ölkəmizin Əsas Gülüş Hadisəsini qaçırmayın!

Səhnədə hər zaman olduğu kimi, 20-ci əsrin çempionları, “Planet Parni iz Baku” KVN teatrının parlaq simaları - Tahir İmanov, Cabir İmanov, Bəhram Bağırzadə, Azər Məmmədzadə, Ələkbər Əliyev.




15 Апреля - 19 Апреля 19.00
Konsertlər
Bilet: 30-200 AZN H.Əliyev adına saray




Macar caz ulduzu Aron Talasın Bakı çıxışı

Şərqi Avropanın ən yaxşı caz pianistlərindən biri Aron Talas, Aron Talas Triosunun tərkibində, 2019 Caz Festivalı səhnəsində çıxış etdi.

20 Oktyabrda məşhur Belçika caz qrupu Giuseppe Millaci & Vogue Trio Bakı Caz Festivalı çərçivəsində seminar və master-klass təqdim etdi

Tədbir Belçika musiqiçiləri ilə ünsiyyətdə fəal iştirak edən azərbaycanlı gənc musiqiçilər tərəfindən böyük maraq oyatdı.

Oktyabrın 14-də Landmarkda Bakı Caz Festivalının mətbuat konfransı keçirildi

Mətbuat konfransı, Qız Qalası yanında açıq konsert, festivalın başlanğıcı, beynəlxalq festival olan gənc ifaçıların "I’m Jazzman" müsabiqəsi, caz festivalı çərçivəsində bir film proqramı mövzularına toxundu

Yeni ulduzlar üçün jazz konkursu

İ am Jazzman adlı gənc ifaçiların beynəlxalq müsabiqəsinin məqsədi gənc jazz musiqiçilərin istedadlarını üzə çıxarılmasıdır.

BAKU JAZZ FESTIVAL

Kübar sənət biliciləri və zövqlü müsiqi həvəskarları müxtəlif jazz improvizasiyaları ilə zəngin Bakı payızını gözləməkdədilər