Elan Teatr "Şeytanın yubileyi" tamaşası
"Şeytanın yubileyi" tamaşası

Əsərin əsas qayəsi insanın daxilində olan var-dövlət, şöhrət hərisliyi, pul qazanmaq xatirinə min bir oyundan çıxaraq Şeytan cildinə girməsidir. Belə insanlar cəmiyyətdə çoxdur. Əsərin qəhrəmanı Meydan adlı gənc iş adamıdır. Adı Meydan olsa da, əməllərinə görə işdə hamı onu «şeytan» kimi tanıyır. Özünü «ulduz» sayan Meydan vəzifəyə gəlmək, karyera qazanmaq naminə ən çirkin əməllərə belə əl atmaqdan çəkinmir. 
Şou biznes aləmində olan eybəcərlikləri açıb göstərməklə müəllif bu gün istedadı olmayan, lakin sənətdə özlərini «ulduz» sayanların bu yolda ad-san qazanmaq naminə nə kimi çirkin əməllərə əl atdıqlarını açıq-aydın göstərə bilmişdir. Əsərin ən maraqlı cəhəti odur ki, baş verən hadisələri baş qəhrəman Meydan yuxuda görür.




Teatr




Macar caz ulduzu Aron Talasın Bakı çıxışı

Şərqi Avropanın ən yaxşı caz pianistlərindən biri Aron Talas, Aron Talas Triosunun tərkibində, 2019 Caz Festivalı səhnəsində çıxış etdi.

20 Oktyabrda məşhur Belçika caz qrupu Giuseppe Millaci & Vogue Trio Bakı Caz Festivalı çərçivəsində seminar və master-klass təqdim etdi

Tədbir Belçika musiqiçiləri ilə ünsiyyətdə fəal iştirak edən azərbaycanlı gənc musiqiçilər tərəfindən böyük maraq oyatdı.

Oktyabrın 14-də Landmarkda Bakı Caz Festivalının mətbuat konfransı keçirildi

Mətbuat konfransı, Qız Qalası yanında açıq konsert, festivalın başlanğıcı, beynəlxalq festival olan gənc ifaçıların "I’m Jazzman" müsabiqəsi, caz festivalı çərçivəsində bir film proqramı mövzularına toxundu

Yeni ulduzlar üçün jazz konkursu

İ am Jazzman adlı gənc ifaçiların beynəlxalq müsabiqəsinin məqsədi gənc jazz musiqiçilərin istedadlarını üzə çıxarılmasıdır.

BAKU JAZZ FESTIVAL

Kübar sənət biliciləri və zövqlü müsiqi həvəskarları müxtəlif jazz improvizasiyaları ilə zəngin Bakı payızını gözləməkdədilər