“Açıq qapı” günü

Muzey– mədəniyyətin ən gözəl və ən ali dəyərlərinin cəmləndiyi, bəşəriyyətin nail olduğu uğurların nümayiş edildiyi məkandır. Səssizcə ekponatların əhatəsində olarkən əslində siz onlarla əşyanın dilindən sevgi və zəhmətin səsini eşidəcəksiniz. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Beynəlxalq Muzeylər Günü münasibətilə mayın 18-də qurumun tabeliyində fəaliyyət göstərən bütün muzeylərdə “açıq qapı” günü elan edir.
“Açıq qapı” günü paytaxt sakinləri və şəhərimizin qonaqları İçərişəhərdə yerləşən Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Sıratağlı Dini-Memarlıq Kompleksi, Tahir Salahovun ev-muzeyi, Bəylər məscidi, həmçinin “Qala” DTEQ ərazisində fəaliyyət göstərən Qala Arxeoloji-Etnoqrafik muzey kompleksi, Əntiq Əşyalar muzeyi ekspozisiyaları ilə ödənişsiz tanış olmaq imkanını əldə edəcəklər.
Muzeylər saat 10:00-dan 19:00-dək fəaliyyət göstərəcək.



Bütün məqalələr
Baki Jazz Festi̇valin on beş i̇lli̇k i̇ldönümü üçgünlük televi̇zi̇ya şousu i̇lə qeyd edi̇ləcək

Kendi Dalfer, Şahin Növrəsli, İsfar Sarabski və onların jazz dostları bu il Bakı jazz festivalı 2020-ni AzTv məkanından təqdim edəcəklər.

Christmas Brunch at Hyatt Regency Baku

Milad Bayramını bizimlə qeyd edin. Xüsusi bufet, canlı müsiqi və uşaqlar üçün Santadan hədiyyələr sizi gözləyir!

Macar caz ulduzu Aron Talasın Bakı çıxışı

Şərqi Avropanın ən yaxşı caz pianistlərindən biri Aron Talas, Aron Talas Triosunun tərkibində, 2019 Caz Festivalı səhnəsində çıxış etdi.

20 Oktyabrda məşhur Belçika caz qrupu Giuseppe Millaci & Vogue Trio Bakı Caz Festivalı çərçivəsində seminar və master-klass təqdim etdi

Tədbir Belçika musiqiçiləri ilə ünsiyyətdə fəal iştirak edən azərbaycanlı gənc musiqiçilər tərəfindən böyük maraq oyatdı.