Paytaxt klublarında yarış uikendi

Şəhərimizin klubları Formula 1 azarkeşləri üçün 4 günlük əyləncəli proqram hazırlayıb

Eleven

Tezliklə şəhər mühərrik səsinə oyanacaq! Azerbaijan Grand Prix 2017 inanılmaz drayvı və fantastik ab-havası maşınlara, sürətə və macəra sevənləri laqeyd qoymayacaq. Bu adrenali hiss etmək istəyən hər kəsi festivala dəvətedirik! Yarış trasına açılan gözəl mənzərədən əlavə,sizi non-stop Dj performance, canlı musiqi, xüsusi qonaqlar və bir çox başqa sürprizlər! Bizimlə Formula-1 daha əyləncəli olacaq!

Fairmont Baku

Yay mövsümünün ən isti 3 günü: 23, 24, 25 iyun Qrand Pri Azərbaycan Formula 1 dövründə Fairmont Baku, Flame Towers-də eleqant gecələr seriyası keçiriləcək. Fairmont Baku, Flame Towers Monako və San-Tropedə keçirilən ekskluziv tədbirlər çərçivəsində inanılmaz əyləncə gecələri seriyası keçirəcək. Xəzər dənizinə mənzərəsi açılan hovuz kənarında H2O pool bar&grill və Alov Bar-da unudulmaz ab-hava, super musiqi və fransız baş aşpaz Jeremy Cayron tərəfindən xüsusi olaraq bu hadisə üçün yaradılmış menyu sizi gözləyir.  
Gecədə dünya musiqi sənayesindən məşhurlar çıxış edəcək. Siyahıya Asiya ulduzu və super model DJ Angei Vu Ha başçılıq edir. Əvvəllər model kimi fəaliyyət göstərən gözəlçə dünyaca məşhur klubların rəqs meydanını bəzəyir. Sizi möhtəşəm şou, həmçinin açıq üslublu geyimlərin nümayişi gözləyir.

 Billionaire Baku Event

Formula 1-in ən yaxşı əyləncə gecələrindən biri Bakıya gəlir - 3 gün 2017 Formula 1 Grand Prix OF Azerbaijan-ın yarış həftə sonu çərçivəsində Billionaire Club unudulmaz after-party keçirəcək. Özündə qlamur və keyfiyyəti birləşdirən Billionaire Club Flavio Briatore tərəfindən yaradılıb. Billionaire Club gecələri yarış uikendinin bəzəyi olacaq!

 

360 Bar

Hər kəsi 360 Barda keçiriləcək maraqlı əyləncə gecəsinə bilet əldə etməyə dəvət edirik! Bu cümə günü emosiyaların axını, sərinləşdirici içkilər və kokteyllər, hərarətli setlər və təkrarsız panorama sizləri gözləyir! 360 Racing Pre-Party with Johnnie Walker -gecənin qonaqları -DJ Twist, DJ Osm-in setləri ilə canlı skripka ifa edən Leyla Əmrahova. 24 iyun şənbə günü 22:00-02:00-da sizi Chivas Extra Party at 360-da gözləyəcəyik! Gecənin qonağı DJ Mozzy.

La Vida
Maya Mexican

Yüksək ekstrim günlərini birlikdə qeyd edirik! 23, 24, 25 iyun hər gecə birlikdə əylənəcəyik! 24 iyun Mick Rəfiyev sizi paralel dünyaya aparacaq! Sizinlə Dj Ayzk, Mariaci Baku, ESTGAMIN və Moskvadan xüsusi qonaq, Rusiyada elektron musiqinin ilk dalğasının parlaq təmsilçisi,1995-ci ildən Dj və saundprodüser, Moskvanın ən qədim haus klubu -NEO-nun art-direktoru və rezidenti, "Öz atmosferi" layihəsinin gecə klubları şəbəkəsinin və keçmiş SSRİ ərazisində multi formatlı Red Stars Records leyblının sahibi Dj LVOV olacaq! Bu, yüksək sürət həftəsonunda hərbirimiz Maya Mexican terrasında yığışacağıq! Həmişəki kimi əla olacaq!

Buddha Bar Baku
Yarış həftə sonları ərəfəsində Bakıda ən hərarətli vaxtlar başlayır. Olduqca güclü mühərriklərin gurultusu, bolidlərin yüksək sürəti, drive və adrenalin ilə müşaiyət olunan ab-hava. Buddha Bar Baku sizi hadisələrin mərkəzində olmağa çağırır və 23 İyun rezidentlərimiz Dj Rio, Dj Kvant, tam tam Vugee`nin seçmə setlərinin sədaları altında dostlarınızla təəssüratlarınızı və hisslərinizi bölüşməyə dəvət edir. 24 İyun - inanılmaz dərəcədə hərarətli drum show və sevimli Dj`ləriniz Dj Rio, Dj Kvant, tam-tam Vugee`ni qarşılayın. 25 İyun öz səxavəti ilə fərqlənən "F1 Official Whiskey Party" keçiriləcək. Bu gecə sizi bir çox hədiyyələr gözləyir, əsas mükafat isə Macaristanda keçirilən FORMULA 1 yarışlarına 2 nəfərlik səyahət olacaq. Dj Rio, Dj Kvant, tam-tam Vugee musbət enerji və bayram ab-havası bəxş edəcək.

Pasifico
Bu cümə və şənbə yarışlardan sonra Dj Tim Pasifico terrasını qızışdıracaq. Mühərriklərin səsini DJ-in rəqs setləri əvəz edəcək!



Şəhər
YARAT Freestyle: "Dizayn metodologiyası. Yerlərdə tədqiqat"

4 aprel tarixində, "AOUMM" memarlıq şirkətini təmsil edən italyan memarı Mateo Umberto Poli, YARAT Müasir İncəsənət Mərkəzində "Dizayn metodologiyası.

ARTIM: Şəlalə Salamzadə / Vizual kommunikasiya

YARAT Müasir İncəsənət Məkanı Sizi ARTIM Layihə Məkanında "Təcrübə. Düşüncə. Nəticə." sərgisi çərçivəsində vizual rəssam Shalala Salamzadeh ilə keçiriləcək yeni vizual kommunikasiya dünyasından ilhamlanmış incəsənət haqqında müzakirəyə dəvət edir.

YARAT Film Klub: Yeni il gecəsində möcüzə

Martın 19-u Bakı Uşaq Kino Məktəbinin şagirdləri tərəfindən çəkilmiş "Yeni il gecəsində möcüzə" qısametrajlı filmini təqdim edəcəyik.

YARAT Film Klub: "Bu sevgidir"

Əziz kinosevərlər, sizi martın 5-i filosof və konseptual rəssam Teymur Daiminin "Bu sevgidir" adlı filminə baxmağa dəvət edirik.

Bütün məqalələr
Christmas Brunch at Hyatt Regency Baku

Milad Bayramını bizimlə qeyd edin. Xüsusi bufet, canlı müsiqi və uşaqlar üçün Santadan hədiyyələr sizi gözləyir!

Macar caz ulduzu Aron Talasın Bakı çıxışı

Şərqi Avropanın ən yaxşı caz pianistlərindən biri Aron Talas, Aron Talas Triosunun tərkibində, 2019 Caz Festivalı səhnəsində çıxış etdi.

20 Oktyabrda məşhur Belçika caz qrupu Giuseppe Millaci & Vogue Trio Bakı Caz Festivalı çərçivəsində seminar və master-klass təqdim etdi

Tədbir Belçika musiqiçiləri ilə ünsiyyətdə fəal iştirak edən azərbaycanlı gənc musiqiçilər tərəfindən böyük maraq oyatdı.

Oktyabrın 14-də Landmarkda Bakı Caz Festivalının mətbuat konfransı keçirildi

Mətbuat konfransı, Qız Qalası yanında açıq konsert, festivalın başlanğıcı, beynəlxalq festival olan gənc ifaçıların "I’m Jazzman" müsabiqəsi, caz festivalı çərçivəsində bir film proqramı mövzularına toxundu