Böyük oyun MadHead. Mövsümün açılışı

Əziz dostlar! Mövsümün ilk oyunu – böyük oyun MadHead 9 avqust 20:00-da Aqil Quliyev küç. 11 ünvanında Beer Hall 2-də baş tutacaqdır. Oyunda qeydiyyatdan keçmək üçün 4 nəfərdən - 8 nəfərə qədər iştirakçı sayını, həmçinin komandaların adını, əlaqə nömrəsini info@madheadbaku.com ünvanına göndərin. 24 saat ərzində MadHead komandası növbəti təlimat haqqında sizinlə əlaqə saxlayacaq.

MadHead şou nədir? Qeyri-adi "MadHead" əyləncəli şou, yüksək yumor hissi olan, standart düşüncəsi olmayan və sərhədsiz fantaziyası olan insanlar üçündür. Layihənin qeyri- adiliyi ondadır ki, bu oyun hər cür intellektual səviyyəsi olan insanlara uyğun gəlir. Heç bir xüsusi bilik və hazırlıq tələb olunmur. "MadHead"-də tələbələr, ailələr, iş yoldaşları və dostlar oynayır. Yaş həddi yoxdur. "MadHead" oyunu Minsk, Xarkov, Vilnus, Sankt- Peterburq, Riqa, Kiyev, Moskva, Praqa və artıq Bakıda da oynanılır!

Praqada "MadHead" oyunu 2 ildə 800 iştirakçı topladı. 30 komanda eyni vaxtda oyunda iştirak edir. “Yaxşı vaxt keçirtmək və digər əyləncələr üçün əla alternativdir!”- şounun iştirakçıları bizim haqqımızda bunları deyirlər! MadHead – dostların əhatəsində vaxtını yaxşı keçirtmək, beyini “tərpətmək” və qeyri-adi düçüncəni kəşf etmək üçün əlverişli imkandır! İşdən sonra enerjinin pozitiv yöndə dəyişməsi üçün əla istirahətdir! Dəfələrlə eşitməkdənsə bir dəfə oynamaq yaxşıdır!



Şəhər
YARAT Freestyle: "Dizayn metodologiyası. Yerlərdə tədqiqat"

4 aprel tarixində, "AOUMM" memarlıq şirkətini təmsil edən italyan memarı Mateo Umberto Poli, YARAT Müasir İncəsənət Mərkəzində "Dizayn metodologiyası.

ARTIM: Şəlalə Salamzadə / Vizual kommunikasiya

YARAT Müasir İncəsənət Məkanı Sizi ARTIM Layihə Məkanında "Təcrübə. Düşüncə. Nəticə." sərgisi çərçivəsində vizual rəssam Shalala Salamzadeh ilə keçiriləcək yeni vizual kommunikasiya dünyasından ilhamlanmış incəsənət haqqında müzakirəyə dəvət edir.

YARAT Film Klub: Yeni il gecəsində möcüzə

Martın 19-u Bakı Uşaq Kino Məktəbinin şagirdləri tərəfindən çəkilmiş "Yeni il gecəsində möcüzə" qısametrajlı filmini təqdim edəcəyik.

YARAT Film Klub: "Bu sevgidir"

Əziz kinosevərlər, sizi martın 5-i filosof və konseptual rəssam Teymur Daiminin "Bu sevgidir" adlı filminə baxmağa dəvət edirik.

Bütün məqalələr
Macar caz ulduzu Aron Talasın Bakı çıxışı

Şərqi Avropanın ən yaxşı caz pianistlərindən biri Aron Talas, Aron Talas Triosunun tərkibində, 2019 Caz Festivalı səhnəsində çıxış etdi.

20 Oktyabrda məşhur Belçika caz qrupu Giuseppe Millaci & Vogue Trio Bakı Caz Festivalı çərçivəsində seminar və master-klass təqdim etdi

Tədbir Belçika musiqiçiləri ilə ünsiyyətdə fəal iştirak edən azərbaycanlı gənc musiqiçilər tərəfindən böyük maraq oyatdı.

Oktyabrın 14-də Landmarkda Bakı Caz Festivalının mətbuat konfransı keçirildi

Mətbuat konfransı, Qız Qalası yanında açıq konsert, festivalın başlanğıcı, beynəlxalq festival olan gənc ifaçıların "I’m Jazzman" müsabiqəsi, caz festivalı çərçivəsində bir film proqramı mövzularına toxundu

Yeni ulduzlar üçün jazz konkursu

İ am Jazzman adlı gənc ifaçiların beynəlxalq müsabiqəsinin məqsədi gənc jazz musiqiçilərin istedadlarını üzə çıxarılmasıdır.