YAY gallery

Paytaxtın mədəni həyatında öz parlaq izini qoymuş YARAT! Müasir İncəsənət Məkanının həyata keçirdiyi layihələr artıq Bakı sakinlərinə tanışdır. YARAT! Müasir İncəsənət Məkanı kimi yaradılması Aidə Mahmudovanın fikri olan YAY! qalereyası qarşısına müasir Azərbaycan incəsənətini tam və maraqlı şəkildə təqdim etmək, habelə bakılıları dünya incəsənətində peyda olan yeni cərəyanlar və adlarla tanış etmək məqsədini qoyur.
Beləliklə, YAY! qalereyasında həm yerli, həm də xarici rəssamların əsərləri nümayiş ediləcək. YAY! qalereyasının növbəti planlaşdırılan addımları sırasında yeni, maraqlı tərəfdaşların axtarışını və artıq YARAT! Müasir İncəsənət Məkanı ilə uğurla əməkdaşlıq edən rəssamların dəstəklənməsini qeyd etmək olar.
Əminliklə demək olar ki, YAY! qalereyası və YARAT! Müasir İncəsənət Məkanının səmərəli fəaliyyət göstərəcək tandemi gələcəkdə bir-birinin fəaliyyətlərini dəstəkləyəcək və gücləndirəcək. Məsələn, YAY! qalereyası YARAT! Müasir İncəsənət Məkanının reallaşdırdığı təşəbbüsləri maliyyə və texniki cəhətdən dəstəkləyəcək, YARAT! Müasir İncəsənət Məkanı isə, öz növbəsində, gələcək sərgilərin konsepsiyasının təməlini təşkil edəcək ideyalar və istedadların mənbəyi kimi çıxış edə bilər. 


Ünvan: Kiçik Qala döngəsi, 6
Telefon:
İş vaxtı:
Xəritədə yerləşmə



Macar caz ulduzu Aron Talasın Bakı çıxışı

Şərqi Avropanın ən yaxşı caz pianistlərindən biri Aron Talas, Aron Talas Triosunun tərkibində, 2019 Caz Festivalı səhnəsində çıxış etdi.

20 Oktyabrda məşhur Belçika caz qrupu Giuseppe Millaci & Vogue Trio Bakı Caz Festivalı çərçivəsində seminar və master-klass təqdim etdi

Tədbir Belçika musiqiçiləri ilə ünsiyyətdə fəal iştirak edən azərbaycanlı gənc musiqiçilər tərəfindən böyük maraq oyatdı.

Oktyabrın 14-də Landmarkda Bakı Caz Festivalının mətbuat konfransı keçirildi

Mətbuat konfransı, Qız Qalası yanında açıq konsert, festivalın başlanğıcı, beynəlxalq festival olan gənc ifaçıların "I’m Jazzman" müsabiqəsi, caz festivalı çərçivəsində bir film proqramı mövzularına toxundu

Yeni ulduzlar üçün jazz konkursu

İ am Jazzman adlı gənc ifaçiların beynəlxalq müsabiqəsinin məqsədi gənc jazz musiqiçilərin istedadlarını üzə çıxarılmasıdır.

BAKU JAZZ FESTIVAL

Kübar sənət biliciləri və zövqlü müsiqi həvəskarları müxtəlif jazz improvizasiyaları ilə zəngin Bakı payızını gözləməkdədilər